Misiya[1] və ya Miziya (q.yun. Μυσία, lat. Mysia) — qədim zamanlarda Kiçik Asiyada (müasir Türkiyə ərazisi) region.[2] Bu, yarımadanın bütün şimal-qərb hissəsini, şimalda Propontida və Hellespont, qərbdə Egey dənizi, cənubda Lidiya, şərqdə Frigiya və Vifiniya arasında yerləşirdi. Attalidlərin mifik əcdadı, qəhrəman Telefin mülkü hesab olunurdu. Nisbətən az sayda şəhəri olan dağlıq ölkə idi.
Strabona görə, adı Misiya Olimpi (indiki Uludağ dağı) regionunda bolca yetişən fıstıq ağacının Lidiya dilindəki adından gəlir.